Sosial 

Şəhid hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyevlə Gəncədə vida mərasimi keçirilir.

ARANTV.AZ  xəbər verir ki, şəhidin cənazəsi Gəncə şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1990-cı ildə anadan olub. Natiq Əliyev ailəli olub, 1 qızı var.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.

Daha çox xəbərlər