Fərqli vaksin vurulmasının orqanizmə ziyanı varmı?

Fərqli vaksin vurulmasının orqanizmə ziyanı varmı?

“İki doza vaksindən sonra “Buster” doza olaraq fərqli vaksinin vurulmasının orqanizmə ziyanı olmaz”.

ARANTV.AZ xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov “COVID-19 ” mövzusunda çıxışında deyib.

O bildirib ki, həm eyni, həm də fərqli vaksin vurdurmağın fərqi yoxdur: “Yan təsirlərin tezliyi əvvəlki vəziyyətdən fərqli deyil. Ona görə hər bir vaksin tövsiyə olunur”.