Gündəm 

Azərbaycandan Rusiyaya sınaq qatarının yola salınması planlaşdırılır

Yaxın zamanlarda Azərbaycandan Rusiyaya sınaq qatarının yola salınması planlaşdırılır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın “RJD Logistika” şirkətinin baş direktoru Dmitri Murev bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin genişlənməsi üçün daha bir addım olacaq.

“Biz öz növbəmizdə Rusiyaya sınaq qatarının tərkibində gələn Azərbaycan vaqonlarının boşaldılmasına hazır olduğumuzu bildiririk”, – deyə o, əlavə edib.

Daha çox xəbərlər