Siyasət 

Rüstəm Muradov İrəvana bir meyit aparıb

Məlumat verdiyimiz kimi bir neçə saat öncə Rüstəm Muradov Bakıdan İrəvana yola düşmüşdü.

Musavat.com-un “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, Rüstəm Muradovun olduğu təyyarə Ermənistanda yerə enib. Məlum olub ki o, Bakıdan özü ilə 16 noyabrda həlak olmuş ermənilərdən cəmi birinin cəsədini aparıb.

Xatırladırıq ki, baş vermiş döyüşlər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə 13 erməni hərbçisi əsir götürülüb.

Bundan başqa qeyd edilir ki, 24 hərbçinin taleyindən hələ də xəbər yoxdur, 1 erməni hərbçisi isə həlak olub.

Daha çox xəbərlər