Sosial 

Şəhidin yas mərasiminə marqarin yağı göndərilməsi iddiasına RƏSMİ CAVAB

Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyevin Gəncədə keçirilən yas mərasimi zamanı xoşagəlməz hadisə baş verməsi haqqında məlumat yayılıb.

ARANTV.AZ  xəbər verir ki, sosial şəbəkələrdə video paylaşılıb. Videoda deyilir ki, Gəncə şəhər İcra Hakimiyyətindən şəhidin yas mərasimini keçirmək üçün verilən ərzağa marqarin yağının daxil olduğu göstərilib.

Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-in bölgə müxbirinə bildirilib ki, yayılan videonun və iddiaların heç bir əsası yoxdur.

“Ev sahibinin bununla əlaqəsi olmayıb. Bu, qonşuların işi olub. Ümumi ərzaq yardımı gətirilib. Ərzaq payında marqarin yağı olmayıb. İlkin nə lazımdırsa, 400 manatlıq ərzaq olub. Gündəlik ət məhsulları verilib. Digər məsələlər yalan məlumatdır. Kimlərsə çirkin niyyətlərini işə salıb, şəhidin adından istifadə etmək istəyirlər”, – deyə bildirilib.

Daha çox xəbərlər