Bu il 100 uşaq övladlığa verilib
“Bu il 100 uşaq övladlığa verilib”.
ARANTV.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, övladlığa verilən uşaqlardan 18-i dövlətin uşaq evlərində böyüyən uşaqlardır. Bu il ərzində 1 000-ə yaxın monitorinq həyata keçirilib:
“Valideyn himayəsindən məhrum uşaqların ailələrinə inteqrasiyası prosesi aparılır. İl ərzində 64 uşağın ailəsi ilə iş aparılmaqla, onların ailələrinə inteqrasiyası təmin edilib”.

