Sosial 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni bərpa mərkəzləri açılacaq – RƏSMİ

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən 13 reabilitasiya mərkəzindən ikisi sağlamlıq imkanları məhdud uşaqları üçün nəzərdə tutulub”.

ARANTV.AZ  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, cari ayın yekununda həmin uşaqlar üçün yeni bərpa mərkəzi fəaliyyətə başlayacaq:

“Noyabrın sonunda Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni bərpa mərkəzi açılacaq. İlin sonuna qədər isə Şəmkirdə daha bir bərpa mərkəzinin açılışı gözlənilir”.

Daha çox xəbərlər