Dünya 

Almaniyada yüksək yoluxma fonunda “ümumilli epidemiya” rejimi başa çatır

Almaniya parlamenti (Bundestaq) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yeni qanun layihəsini təsdiq edib.

Qanuna əsasən, artıq noyabrın 25-dən etibarən ölkədə “ümummilli epidemiya” rejimi başa çatır. Bununla yanaşı, ictimai nəqliyyat və iş yerlərinə buraxılışda  peyvənd olunmayanlar üçün məhdudiyyətlər tətbiq edilir.

Həmçinin, qanuna görə, vaksin sertifikatını saxtalaşdıran şəxslər üçün cəza sərtləşdirilir. Bundan sonra həmin şəxsləri 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, “ümummilli epidemiya” rejiminin başa çatması Almaniyada koronavirusa yoluxma üzrə antirekordların qeydə alındığı bir zamana təsadüf edir.

Belə ki, noyabrın 18-də ölkə üzrə 65 min yeni COVID xəstəsi aşkar olunub ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir.

Mənbə: TASS

Daha çox xəbərlər