Şamil Ayrım Azərbaycana başsağlığı verib
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanlı həmkarlarına başsağlığı verib
ARANTV.AZ xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərərək deputat həmkarlarına Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı yeddi hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
“Qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz vətənini qorumaq üçün həyatını verən şəhidlərimizə Allahdan rəhmət diləyir, bütün qazilərin tezliklə sağalmasını arzulayırıq. Azərbaycana və bütün Türk dünyasına başsağlığı veririk. Biz hər zaman Azərbaycanın yanındayıq!”, – başsağlığında qeyd edilib.

