Sosial 

SOCAR-ın “Azneft” İstehsalat Birliyində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup əməkdaş ilə görüş keçirilib.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Birliyin Baş direktorunun kadr məsələləri üzrə müavini Teymur Mahmudovun iştirak ilə baş tutan görüşdə “Azneft” İB-nin Vətən müharibəsində iştirak edən əməkdaşlarının problemləri dinlənilib, onların səsləndirdiyi təkliflər müzakirə edilib.

Bildirilib ki, SOCAR, “Azneft” İB rəhbərliyi Vətən müharibəsində iştirak edən neftçilərin sosial problemlərini, onların karyera inkişafını hər zaman diqqət mərkəzində saxlayır.

Qeyd edilib ki, belə görüşlər mütəmadi olaraq keçiriləcək.

 

Daha çox xəbərlər