Yoxlamalar aparılan xəstəxanaların sayı AÇIQLANDI
“Son aylarda 10-dan çox rayon mərkəzi xəstəxanasında əlillik təyinatı ilə bağlı çoxsaylı yoxlamalar aparılıb”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı aparılan yoxlamalarda Ekspertiza komissiyasının əməkdaşları iştirak ediblər.
“Məqsəd proseslərin, sistemin daha da təkmilləşməsinə nail olmaqdır”.

