Siyasət 

Yeni Azərbaycan Partiyası ötən 29 ildə

YAP Qobustan rayon təşkilatı partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası ötən 29 ildə” mövzusunda onlayn konfrans keçirib.

ARANTV.AZ  xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının yaradıcısı , Ümummilli Liderimiz  Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev çıxış edərək bildirdi ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Elə bir gün ki, həmin gündən yenicə dövlət müstəqilliyi qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulmuşdur. Dağlıq Qarabağla başlayan müsibətlərimiz Azərbaycan coğrafiyasını yanar odlu çənbərə saldı. Belə bir ağır gündə Vətəndə vətənsiz olan bəzi yüksək vəzifəli ünsürlər və onların tərəfdarları azadlıq uğrunda ayağa qalxmış xalqa sahib çıxmadılar. Əksinə ictimai-siyası həyatda təxribatlar törətdilər, ölkədə xaos yaratdılar, xüsusən Sovet ordusu sıralarında sayılan-seçilən vətənpərvər generalları ordu komandanlığından uzaqlaşdırdılar, Vətənin müdafiəsini özlərini guya xalqın səlahiyyətli “vəkilləri” kimi göstərən  bir dəstə başıpozuq silahlı güruhun əli ilə heç bir hərbi təcrübələri  olmayan, xalqın tanımadığı mənsəbpərəst təsadüfi adamlara tapşırdılar. Bununla da Vətənində bu vətənsizlər, bu satqınlar  qanlı cəbhədə ayrı-ayrı dəstələrdən ibarət olan qeyri- mütəşəkkil ordunun arasında çaxnaşma saldılar və təkəbbürlülük, mənəm-mənəmlik hissi ilə yaşayan bəzi dəstə başçıları arasında düşmənçilik toxumu səpməyə nail oldular.  Vətənin xilası naminə düşmənə tərəf  çevrilməli olan hərbi texnikanı ələ keçirmiş məlum satqın dəstə başçıları ölkəmizi parçalayıb, düşməni yaddan çıxartdılar, bir-birinin qəniminə çevrildilər, ayrı-ayrı dərəbəy hakimiyyətləri yaratmaq iddiasına düşdülər.  Tarixin lənətlədiyi ünsürlər və onların tərəfdarları Vətəni çox ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısında qoydular. Həmin ərəfədə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edildi.Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.Bu zəfər Azərbaycanın gücünü və qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.                                                                                                                  Bu tarixi və Şanlı Qələbə Heydər Əliyev siyasətinin,ideyalarının təntənəsi,qələbəsi  idi.Bu möhtəşəm qələbə ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi  uğurlu daxili və xarici siyasətin, diplomatiyasının qələbəsi idi. 2003- cü ildən ölkəyə rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etdi.Təsadüfi deyil ki, 10 ildən çox bir müddətdə Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider oldu. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”                                                                                                                                        Bəli iqtisadi sahədə əldə olunan nailiyyətlərdən ilk növbədə xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına ,müharibə şəraitində yaşadığımız üçün Ordu quruculuğuna ,hərbi sənayeyə sərf olundu.Ordumuz ən müasir silahlarla təchiz edildi.44 günlük müharibədə dünya hərb tarixinə yeni, Azərbaycan hərb tarixinə Şanlı səhifə yazan ,düşməni  məhv edən ,qüdrətli Azərbaycan ordusu formalaşdı.            Nəyi, necə ,nə zaman etməyi çox yaxşı bilən Müzəffər Ali Baş komandan möhtərəm Prezidentimiz İlham Əliyev düşmən təxribatına cavab olaraq  2020- ci ilin sentyabr ayının 27-də irəli komandası verdi.                                                                                         Bütün Azərbaycan xalqı harada yaşamasından aslı olmayaraq ölkə Prezidenti İlham Əliyevin düşmənin belini qıran,başını əzən “Dəmir yumruğu” ətrafında sıx birləşərək milli birlik nümayiş etdirdi.                                                                Azərbaycanda mövcud olan  52 siyasi partiyadan  50-si  Bəyanatla çıxış edərək Ali Baş Komandan Prezident İlham Əliyevlə həmrəy olduqlarını bildirdilər.Təəsüf ki, həmişə olduğu kimi AXCP-Musavat cütlüyü özlərinin pis xislətlərindən əl çəkməyərək xalqla bir olmaqdan imtina etdilər,hətta müharibə dövründə belə düşmən dəyirmanına su tökməklə məşğul oldular.                                                                                                                                      Şanlı qələbəmiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi ,həmrəyliyi,Şanlı Ordumuzun peşəkarlığı,rəşadəti, qəhrəmanlığı sayəsində qazanılmışdır.                                                                                                                             Bəli Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı ötən əsrin  90- cı illərində düşdüyü ağır, xaosun, anarxiyanın, özbaşnalığın, aclığın, fəlakətin hökm sürdüyü faciəli günlərdən,yenicə müstəqillik qazanmış respublikamızı müstəqilliyini itirməkdən ,parçalanmaqdan,məhv olmaqdan xilas etdi. Onu tənəzzüldən tərəqqiyə qovuşdurdu.Azərbaycanın müstəqilliyini əbədi,dönməz ,sarsılmaz etdi.              Heydər Əliyev qətiyyəti Azərbaycanın məhv olmaqdan xilas etdi, İlham Əliyev qətiyyəti Azərbaycanı qalib etdi.Xalqımıza uzun illərdi həsrətində olduğu Qələbə sevincini yaşatdı.Necə də gözəl deyimdir,Azərbaycanın harasına baxırsan Heydər Əliyev izi, Azərbaycanın harasından baxırsan Heydər Əliyevin özü görünür.  Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni böyük sevinc hissi ilə qeyd etdiyimiz bu günlərdə Ulu Öndərin müqəddəs ruhu qarşısında baş əyərək bildiririk ki, Onun ruhu şaddır,Ona görə ki,  Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyini əbədi, dönməz,sarsılmaz olmasını üstəyirdi. Bəli , Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən, Onu dövrün ,zamanın tələbinə uyğun zənginləşdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu,daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının müstəqilliyi əbədidir,dönməzdir,sarsılmazdır!                                                                                    Ulu Öndər Azərbaycanı zəngin ,qüdrətli,güclü görmək istəyirdi.Bəli, ölkə Prezidenti İlham Əliyev Azərbaycanı güclü,zəngin,qüdrətli dövlətə çevirdi,dünyada söz sahibi etdi.                                                                                                                                       Ulu Öndərin İlham Əliyev haqqında dediyi “ Mən ona  özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri,planları ,taleyüklü məsələləri İlham Əliyev  Sizin yaxından köməyiniz və dəstəyinizlə axıra çatdıra biləcək” İlham Əliyev Prezident seçilən kimi Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi.Möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirdi.Ulu Öndərin axıra çatdıra bilmədiyi işləri ,planları uğurla başa çatdırdı. Müzəffər Prezidentimiz ,qalib Ali Baş Komandanımız xalqımızı” Dəmir yumruq” ətrafında sıx birləşdirərək  Ata vəsiyyətini  şərəflə yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etdi,Azərbaycanın suverenliyini bərpa etdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Ümummilli Lideri Heydər Əliyevi , qalib ,Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevi var!                                                                      Konfrans iştirakçılarına partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbriklərini çatdıran YAP fəallarından  Şəhriyar Soltan  Zümrüd Şərifova və Bəhruz Aslanov çıxış edərək bildirdilər ki, Azərbaycan Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar, doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə ötən il sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Məharət Əkbərov çıxış edərək  bildirdi ki, Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır.  Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının dahi sərkərdəsi – cənab İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri  vardır.

Daha çox xəbərlər