Azərbaycan XİN Ağdamın işğaldan azad olunması ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Ağdamın işğaldan azad olunması ilə bağlı tviter hesabında paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda qeyd edilir:
“20 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ağdam şəhərində üçrəngli bayrağımızı ucaltdı”.


