Maraqlı 

Alimlər depressiya və stressi “bloklamağın” yolunu tapıblar

Neyroloqlar depressiya və narahatlıqla əlaqəli beyin reseptorunu müəyyən edib və onun strukturunu ətraflı tədqiq ediblər. Müəlliflər siçanlar üzərində apardıqları təcrübələrdə müşahidə ediblər ki, bu reseptorun bloklanması xroniki stress və depressiyanı aradan qaldırır. Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

2018-ci ildə Floridanın Skripps Tədqiqat İnstitutunun alimləri aşkar etdilər ki, beyin hüceyrəsi reseptoru “GPR158” ağır depressiv pozğunluqları olan insanların prefrontal korteksində təəccübləndirici şəkildə yüksək konsentrasiyalarda mövcuddur. Onlar müəyyən ediblər ki, xroniki stressə məruz qalan siçanların da beyin qabığında bu reseptorun səviyyəsi artıb və oraya təzyiq etdikdə heyvanlar sakitləşib və stressə daha davamlı olub.

Tədqiqat müəllifləri ABŞ, Böyük Britaniya və Hindistanın digər institut və universitetlərindən olan həmkarları ilə birlikdə reseptorun strukturunu atom səviyyəsində tədqiq ediblər. Bu, gələcəkdə terapevtik vasitələr hazırlamağa imkan verəcək. “GPR158”in bloklanmasına əsaslanan depressiya və müxtəlif əhval pozğunluqlarının müalicəsi üçün bu böyük nailliyyət ola bilər.

Skripps İnstitutunun press-relizində bildirilib ki, institutun nevrologiya şöbəsi artıq on ildən artıqdır ki, bu reseptorun tədqiqi ilə məşğul olur və onun biologiyasını kifayət qədər yaxşı dərk edib.

Müəlliflər gələcək problemlərini depressiyaya qarşı mübarizə üçün aşağı molekulyar çəkili terapevtik agentlərin yaradılması məqsədilə istifadə edəcəklər.

Daha çox xəbərlər