Azərbaycanda təcili tibbi yardım xidməti təkmilləşdirilir – VİDEO
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün plan hazırlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı məlumat verib.
Onun sözlərinə görə, ötən həftə bu məqsədlə eyni tərkibdə bir heyət Bakıya gəlib və artıq müvafiq işlərə başlanıb.
Qeyd edək ki, artıq ekspert qrupu Azərbaycan Tibb Universiteti, Kliniki Tibbi Mərkəzin təmir olunan təcili tibbi yardım şöbələrində, 103 – Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında olublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

