Cəlilabad sakini üçüncü mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

ARANTV.AZ xəbər verir ki, rayonun Uzuntəpə kənd sakini Fərzəliyev Qafur Bilal oğlu beşmərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılıb.

O müxtəlif xəsarətlər alıb və təcili yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb.

Yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.