Gündəm 

Azərbaycan sülhün tərəfdarı olduğunu bir daha sübut etdi – VİDEO

Azərbaycan bölgədə sülhün bərqərar olması üçün bütün təşəbbüslərə açıqdır. Elə bu səbəbdən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən irəli sürülən təşəbbüsü qəbul etdi. Beləliklə, dekabrın 15-də Brüsseldə şərq tərəfdaşlığı sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Azərbaycan bu görüşə haqlı, ədalətli, qalib və güclü tərəf kimi qatılacaq.

Bu il dekabrın 15-də Brüsseldə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Azərbaycan nəzərdə tutulan görüşə haqlı, ədalətli tərəf, o cümlədən, qalib və güclü bir ölkə kimi qatılacaq.

Millət Vəkili Cavid Osmanov deyir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinə zəngləri və irəli sürdüyü təşəbbüs Azərbaycan tərəfindən dərhal qəbul edildi, çünki biz hər zaman siyasi dialoqa hazırıq.

Cavid Osmanov deyir ki, 16 noyabr təxribatı Ermənistan üçün növbəti ağır zərbə oldu. Dərhal Qərb dairələrinə, beynəlxalq təşkilatlara yalvarışlar və müraciətlər ünvanlayan Ermənistan həm də Rusiyaya qarşı nankorluğunu nümayiş etdirdi. Azərbaycan isə yalnız sülh istəyən qalib tərəfdir və konkret haqlı tələbləri var.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş bu ilin yanvar ayında Moskvada baş tutub. (xəzərxəbər)

Daha çox xəbərlər