Gündəm 

Erməni əsgəri Suren Səfəryanı kim öldürdü? FOTO

Ermənistan MN və KİV-ləri davamlı olaraq bir yalanı tirajlamaqdadırlar. Guya bu fotodakı 19 yaşlı erməni hərbçi Suren Səfəryan Azərbaycan həbçilərinin atdığı atəş nəticəsində öldürülüb.

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu əsassız iddianı təkzib etsə də, Ermənistan əl çəkmir.
Əslən yezidi kürdü olan Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Suren Səfəryan Ermənistanın Araqatsotn rayonunun Alagyaz kəndindəndir. Hansı şəraitdə öldüyü naməlumdur. Lakin Ermənistan bu əsgərin ölməsi faktəndan Azərbaycana qarşı “qara piar” olaraq istifadə edir.

Xatırladaq ki, Ermənistan MN-i məlumat yayıb ki, noyabrın 22-də “…axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində növbəti atışma olub, ölən və yaralananlar var.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, saat 18:10-da Geqarkunik və Kəlbəcər sərhəddində atışma olub. Nəticədə bir erməni əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. Atışma saat 19:30-da bitib”.

Erməni tərəfinin məlumatına görə, atışma Norabak kəndi ərazisində baş verib.

Sonradan bu məlumatların hamısının qondarma olduğu üzə çıxıb. Lakin Ermənistan ordusunun əsgəri yezidi Surenin naməlum şəraitdə ölməsi gerçəyi dəyişməzdir.

 

Musavat.com

photo_2021-11-23_01-51-08.jpg (37 KB)

Daha çox xəbərlər