Hadisə 

Bakıda gənc qızı avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, yol qəzası Zığ şossesində baş verib.
2001-ci il təvəllüdlü İsmayılova Sevda İlham qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Daha çox xəbərlər