Türkiyə ilə qardaşlıq istəyirik – Taliban
Taliban bütün ölkələrlə, xüsusilə Türkiyə ilə xoş münasibətlər qurmaq istəyir.
ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Talibanın mətbuat katibi Süheyl Şahin deyib.
“Türkiyə xalqı müsəlmandır və onlar bizim bacı-qardaşlamızdır. Türkiyə ilə çox yaxın əlaqələr qurmaq istəyirik”, – Şahin bildirib.
Onun sözlərinə görə, Taliban Ankara ilə bütün sahələrdə əməkdaşlığa çalışır:
“Biz təkcə möhkəm əlaqələr istəmirik, həm də istəyirik ki, aramızda qardaşlıq münasibətləri olsun”.Şahin Türkiyə iş adamlarını Əfqanıstana gəlməyə və investisiya layihələrinə başlamağa çağırıb.

