Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər

Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

ARANTV.AZ xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: “Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.