Peyvənd sonsuzluq yaradır?
“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır”.
ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib.
Onun sözlərinə görə, hamilə olmağa çalışan qadınlar mövcud COVID əleyhinə peyvənd oluna bilərlər: “Peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

