Hadisə 

Bərdədə avtomobilin vurduğu iki qadından biri ölüb – FOTO

Hadisə Bərdə rayonunun H.Əliyev prospektində baş verib.

ARANTV.AZ-ın xəbərinə görə, yolu keçmək istəyən piyadaları “VAZ-2107” markalı minik avtomobili vurub.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər