NASA planetimizi mümkün meteorit fəlakətindən qorumaq üçün hərəkətə keçdi
NASA trayektoriyasını dəyişdirmək üçün asteroidə qəsdən çırpılma missiyasına başlayacaq. Bu, bəşər tarixində Günəş sisteminin “qravitasiya rəqsinə” müdaxilə etmək üçün ilk cəhd olacaq.
“Haber Global”məlumat verir ki, NASA “Double Asteroid Delection Test” (DART) adlandırdığı bu missiya ilə Yerə çırpılan və planetin sonuna gətirib çıxara biləcək göy cisimlərindən necə müdafiə olunacağını sınaqdan keçirməyi planlaşdırır.

