Hadisə 

Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Daha çox xəbərlər