Dünya 

Türkiyədə təcili toplantı: Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.

ARANTV.AZ  Anadolu Agentliyinə istinadla xəbər verir ki, iclasda Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət müzakirə olunur.

Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla son vəziyyət müzakirə edilir.

Həmçinin, bildirilib ki, Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan tərəfinin təxribatçı addımları qarşısında atılacaq addımlar müzakirə olunur.

Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək.

Daha çox xəbərlər