Bu, hamilə qadını COVID-19-dan qoruyur
“Koronavirus doğuşa dolayı yolla təsir edir”.
ARANTV.AZ xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.
O bildirib ki, qanı durulaşdırmaq üçün dərmanlar qəbul etdiyinə görə belə qadınlarda doğuş həkim üçün çətindir: “Xəstə ağır vəziyyətdə olarsa, normal doğuş mümkün olmur. Hamiləliyin 3-cü ayından sonra qadınların vaksinasiyadan keçmələri tövsiyə olunur.
Bu, hamilə qadını COVID-19-dan qoruyur. Yaxşısı budur, qadınlar hamiləliyi planlaşdırsın. Plansız şəkildə hamilə qalmaq doğru deyil. Çünki həmin qadınlar koronavirusa yoluxduqda hamiləliyi necə keçirəcəklərini bilmirik. Hamilə qadınlarda yoxlamalar zamanı KT-dənsə rentgen müayinəsinə üstünlük verilir”.

