“Hələ də sərhəddə silahlı insidentlərin şahidi oluruq”
Rusiya tərəfi ümid edir ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Onun sözlərinə görə, görüş 10 noyabr 2020-ci ildə üçtərəfli sazişin imzalanmasından sonra keçən ilin yekunlarını müzakirə etmək, sülh prosesini təşviq etmək üçün gələcək addımları nəzərdən keçirmək məqsədi daşıyır.
“Ümid edirik ki, bu görüşdə liderlər perspektiv istiqamətləri müəyyənləşdirəcək”, – deyə nazir müavini bildirib.
A.Rudenko vurğulayıb ki, Qarabağda tənzimləmə prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır.
“Bunlar nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasyası məsələləridir. Biz hələ də sərhəddə silahlı insidentlərin və insanların ölümünün şahidi oluruq”, – deyə o qeyd edib.

