Hadisə 

Sumqayıtda kişi qardaşının evini soydu

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Daha çox xəbərlər