Oğuzda maşın ağaca çırpıldı: Sürücü öldü – FOTO
Oğuzda ağır yol qəzası baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün Oğuz-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan VAZ-2199 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

