Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq – İranın neft naziri
Bu ilin dekbarın 22-dən Türkmənistan qazının Azərbaycana İran ərazisi vasitəsilə svop tədarükünə başlanılacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.
C.Oucinin sözlərinə görə, təxminən 2 ay əvvəl İran Türkmənistan və Azərbaycanla qaz ticarəti haqqıda müzakirələrə başlayıb. Nəticədə üç ölkə arasında qaz ticarəti haqda müqavilə imzalanıb:
“İranın bölgədə qaz ticarətindəki payı 2%-dən azdır və bunun artırılması üçün addımlar atılacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.
Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 – 2 milyard kubmetrədək qaz göndəriləcək.

