Hadisə 

Qazaxda avtomobildən külli miqdarda partlayıcı maddə TAPILDI

Qazaxda avtomobildən külli miqdarda partlayıcı maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin sərnişini R.Mustafayevə məxsus 120 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

Daha çox xəbərlər