Müharibə həqiqətlərindən bəhs edən “Biz” sənədli filmi – VİDEO
Bu gün saat 20:05-də “İctimai TV”nin efirində “Biz” sənədli filmini izləyə biləcəksiniz.
Filmdə, 44 günlük Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib.
Qısacası filmdə “Biz” və bizim məğrur qələbəmiz öz əksini tapıb.
Bildirək ki, layihə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Baku Media Center” və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır.

