Siyasət 

Laçında üçrəngli bayrağımızın ucaldılması Zəfər tariximizin ən önəmli hadisələrindən biridir – Sadiq Qurbanov

Laçının azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür.

Bu sözləri millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika komitəsinin sədri Sadiq Qurbanov Laçın azad edilməsinin ildönümü ilə bağlı “İki sahil”ə açıqlamasında deyib.

S.Qurbanovun sözlərinə görə Laçının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən səciyyəvi xüsusiyyətlərindən biridir.

Laçının işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik bacarığının ən gözəl təcəssümüdür. 1 dekabr 2020-ci il tarixi Azərbaycan tarixinə yeni məna yükü ilə daxil oldu. Ermənilərin 30 il ərzində yaratdığı məğlubedilməzlik mifinə 44 gün ərzində son qoyuldu. Laçın, Ağdam, Kəlbəcər rayonlarının Azərbaycan tərəfinə təslim edilməsini isə məğlub olaraq kapitulyasiya aktını imzalayan Ermənistanın təslimçiliyinin son akkordları hesab etmək olar.

İşğalçı erməni tərəfi Laçın rayonu ərazisindən uzun illər ərzində qanunsuz silahlı birləşmələrini Qarabağın dağlıq hissəsinə gətirmək üçün dəhliz kimi istifadə edirdisə, bu dəfə həmin dəhlizdən məğlub tərəf kimi, bu torpaqların əsl sahiblərinin geri qayıtması və tarixi Qələbə qazanmasından sonra canlarını götürüb qaçmaq üçün istifadə etdilər.

Sadiq Qurbanov bildirib ki, faydalı qazıntılarla zəngin olan Laçın rayonunun işağaldan azad edilməsi ərazidə olan 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqlarının həmçinin  sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları yenidən Azərbaycan iqtisadiyyatına öz xeyrini verəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna cari ilin 14 fevral və 16 avqust tarixlərində səfər etməsi, eyni zamanda  Güləbird kəndində Azərbaycan bayrağını qaldırması Azərbaycanın Zəfər tarixinin ən önəmli günlərindəndir.

Daha çox xəbərlər