Hadisə 

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib: Azyaşlı ölüb

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib.

İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı – 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib.

Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L.Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir.

Daha çox xəbərlər