Səngəçaldan qalxan helikopter “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb
Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.
ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.
General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.

