Sosial 

Helikopter qəzası ilə bağlı dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymayın

Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymamağa çağırır.

ARANTV.AZ  xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə brifinqdə bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.

“Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Daha çox xəbərlər