Dumana görə Bakıya qayıdan təyyarə bu gün Naxçıvana yola salınıb
Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysi üzrə havaya qalxan və Naxçıvanda gün güclü duman olduğuna görə Bakıya qayıdan təyyarə bu gün səhər saatlarında yola salınıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
“J2-2251 nömrəli Bakı-Naxçıvan reysinin təyyarəsi bu gün saat 9:06-da yola salınıb. Təyyarə saat 10:15-də Naxçıvana eniş edib”, – hava limanından bildirilib.
Xatırladaq ki, ötən gün güclü duman səbəbindən AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Bakı hava limanına qayıtmağa qərar verib.

