Sosial 

Nə qədər vətəndaş icbari tibbi sığortadan yararlanıb? Eksklüziv

2021-ci ilin yanvar-oktyabr ayları ərzində bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İki sahil”ə eksklüziv açıqlamasında bildirib ki, bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib.

Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində 58 şəhər və rayon üzrə 2 380 464 vətəndaşa 5 756 549 müraciət üzrə 13 130 542 tibbi xidmət göstərilib. Aynurə Əhmədova qeyd edib ki, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə oktyabr ayına qədər 1 025 040 vətəndaşa 2 040 738 müraciət üzrə  4 249 221 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 193 692 vətəndaşa 423 768 müraciət üzrə 720 658 tibbi xidmət göstərilib.

Daha çox xəbərlər