Hadisə 

Bakı-Qazax yolunda qəza: Ölən var – FOTO

Ucarda piyadanı avtomobil vurub.

ARANTV.AZ-ın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində baş verib.

Qoşqulu “KamAZ” markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. B.Dəmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Daha çox xəbərlər