Hadisə 

Bakıda kütləvi davada iki nəfər bıçaqlandı

Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.

ARANTV.AZ xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

Altı nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər