Hadisə 

Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb

Bakıda intihara cəhd hadisəsi baş verib.

ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər