Türkiyə-Azərbaycan Birgə Universiteti yaradılacaq
“Türkiyə-Azərbaycan Birgə Universitetinin yaradılması istiqamətində işlərə artıq başlamışıq”.
ARANTV.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, bu layihənin yaxın zamanlarda həyata keçirilməsi təmin ediləcək: “Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyacaq”.

