Hadisə 

Bakının mərkəzində yanğın – YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində qeydə alınıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

15:50

Bakının mərkəzində yanğın olub.

ARANTV.AZ xəbər verir ki, yanğın Nəsimi rayonunda, Qış Parkının yaxınlığında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub.

FHN-nin Mətbuat Xidmətindən aldığımız məlumata görə, sözügedən ərazidə təkər tullantılarının yanması olub:

“Ərazidə təhlükəsizlik təmin edilib, nazirliyin yanğından mühafizə idarəsinin əməkdaşları əraziyə cəlb olunub”.

Daha çox xəbərlər