Gündəm 

Baş nazir qərar imzaladı

İqtisadiyyat Nazirliyinin Tikinti- Təchizat Birliyi MMC-nin fəaliyyəti təmin ediləcək.

ARANTV.AZ xəbər verir ki,  Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin Tikinti- Təchizat Birliyi” MMC-nin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Daha çox xəbərlər