Gündəm 

“Bu ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcəklər”

Sənaye Parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcəklər.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində daha bir park – “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

“Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması bu sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır”, – deyə nazir müavini qeyd edib..

S.Ələkbərov bildirib ki, bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün də yeni imkanlar yaradacaqdır.

Daha çox xəbərlər