Hadisə 

Bakıda yolu keçən qadını maşın vurdu

Bakıda sürücü piyadanı vuraraq öldürüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Zabrat-Kürdəxanı istiqamətində baş verib.

90-KY-659 dövlət nömrə nişanlı VAZ-2106 markalı maşının sürücüsü Əfqan Babayev həmin istiqamətdə 40-45 yaşlarında qadını vurub. Piyada hadisə yerində vəfat edib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a faktı təsdiqləyib.

O, sürücülərdən yollarda diqqəti olmağı, piyadalardan isə nəzərdə tutulmayan yerlərdən yolu keçməməyi xahiş edib.

Daha çox xəbərlər