Amnistiya Aktının təxminən 58 faizi Bakıda tətbiq olunub
“Coğrafi baxımdan Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir”.
ARANTV.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti Bakıda yerləşir: “Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir”.

