Sosial 

Ananasın inanılmaz faydaları – Sümükləri gücləndirir, həzm sistemini yaxşılaşdırır

Bir çoxumuz ananası çox sevirik. Məlum olduğu kimi, bu meyvədən kokteyllərindən tutmuş pizzaya qədər bir çox yeməklərdə istifadə olunur.  Ancaq bu füsunkar meyvə haqqında bilmşdiyimiz faktlar var. 

ARANTV.AZ  xarici KİV-lərə istinadən həmin faktları təqdim edir:

1. Ananas Cənubi Amerikada yetişən meyvədir. Zamanında avropalılar da onu yetirşdirməyə çalışsalar da, onun yalmız tropik iqlimə məxsus olduğunu anladılar və onu Asiya, Afrika koloniyalarına köçürdülər.

2. Ananasın yetişdirilməsindən söz düşmüşkən, ananasın meyvəsinin yetişməsi üçün təxminən 3 il vaxt lazım olduğunu bir çoxları bilmir. Onun bitkisini də yetişdirmək çox asandır. Belə ki, bütöv bir bitki yetişdirmək üçün yalnız bir ananas yarpağı əkmək kifayət edir.  Lakin meyvənin yetişdirilməsi və yetişməsi prosesi 18-20 ay çəkir. Daha bir məsələ, bir ananas bitkisi bir dəfəyə yalnız bir ananas meyvəsi verə bilir.

3. Anasın ingiliscədən tərcüməsi “şam alma” deməkdir və bu ad 1660-cı illərə aiddir.  Meyvə zahirən şam qozasına bənzədiyi üçün ona “şam alması” deyilir.  Ananaslar olduqca tikanlıdır və bu onu  kənardan çox yaxşı qoruyur.

4. Ancaq ananas yalnız yetişəndə ​​dadlıdır.  Yetişməmiş meyvənin şirəsi xoşagəlməz olur. Əslində, kiçik ananaslar zəhərlidir.  Nə qədər yetişmiş olsa, bir o qədər yaxşı və şirin olar.

5. Ananas həzm sistemini sakitləşdirmək üçün əla effekt verir, ümumi həzmi yaxşılaşdırır. Həmçinin şişkinliyi aradan qaldırmağa kömək edir və ümumiyyətlə bu problemin qarşısını ala bilir.  Buna görə də, kiçik həzm problemləriniz varsa hər gün bir porsiya ananas yemək sizə kömək edə bilər.

6. Bu ləzzətli tropik meyvə vitamin və minerallarla zəngindir. Cəmi bir neçə dilim ananas gündəlik tələb olunan miqdardan çox C vitamini ehtiva edir ki, bu da immunitet sisteminin düzgün formalaşmasını, dərinin sağlam və parlaq görünməsini təmin edir.  Ananas həm də sağlam görməni təmin edən A vitamini ilə zəngindir.

7. Çox adam bilmir ki, ananas sümükləri güclü və sağlam saxlamağa kömək edən manqan mineralı ilə doludur.  Bunhnla da bu meyvə osteoporoz və artritin qarşısını ala bilir.

8. Ananas çiçəklənərkən çox gözəl çiçəkləri verir və bu çiçəklər qırmızıdan bənövşəyi rəngə qədər dəyişə bilər.  Daha sonra nüvənin ətrafında birləşən kiçik meyvələr istehsal edirlər.  Beləliklə, ananas texniki olaraq bir meyvə deyil, bir çox kiçik meyvələr birləşməsidir.

9. Ananas yığılandan sonra yetişmir.  Avokado kimi alıb, evdə yetişməsini gözləmək olmaz. Yetişəndə ​​budaqdan qoparıb bazar piştaxtasına gəlir.  Beləliklə, yetişmiş ananas alıb, onu bir neçə gün ərzində yeməyə çalışın. Çünki kəsdikdən sonra onu otaq temperaturunda 3 gündən çox və ya soyuducuda bir həftədən çox saxlanması tövsiyə edilmir.

10. Ananaslı məşhur  “Havay” pizzasını artıq çoxları bilir. Bu pizza ilk dəfə 1962-ci ildə Ontario ştatının Çazam şəhərindəki Satellite restoranında işləyən Sam Panaopoulos hazırlayıb. O, pizzanı hazırlayarkən Çin mətbəxindən ilhamlandığını deyirdi. Beləliklə, ananasdan hazırlanam pizza çox tezliklə yemək məşhurlaşaraq, bütün dünyaya yayılıb.

Daha çox xəbərlər