İran təyyarəsinin Şirazda təcili eniş etdiyi təkzib olundu – YENİLƏNİB
İranın “Aseman” aviaşirkəti Şiraz – Maskat reysi ilə uçan təyyarənin məcburi eniş etməsi ilə bağlı məlumatı təkzib edib.
Bu barədə TASS məlumat yayıb.
Aviadaşıyıcı vurğulayıb ki, “Aseman” bu marşrut üzrə uçuşlar həyata keçirmir.
19:05
İranın “Aseman” şirkətinə məxsus təyyarənin mühərrikində yanğın baş verib.
İnsident səbəbindən hava gəmisi Şiraz şəhərində məcburi eniş edib.
Təyyarənin Omanın paytaxtı Maskata uçduğu bildirilib.
Qəza nəticəsində ölən və ya xəsarət alanlar barədə hələ ki, məlumat verilmir.
Mənbə: TASS

